“CinemaPlus”da Azərbaycan dilində “Rubi və qızıl kanyon” animasiya filminin nümayişi başlayıb - VİDEO

“CinemaPlus”da Azərbaycan dilində “Rubi və qızıl kanyon” animasiya filminin nümayişi başlayıb - VİDEO Bakı. 24 oktyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj edilən Çin istehsalı olan “Rubi və qızıl kanyon” animasiya filminin nümayişlərinə başlayıb.
İncəsənət
24 Oktyabr , 2018 17:09
“CinemaPlus”da Azərbaycan dilində “Rubi və qızıl kanyon” animasiya filminin nümayişi başlayıb - VİDEO
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj edilən Çin istehsalı olan “Rubi və qızıl kanyon” animasiya filminin nümayişlərinə başlayıb.

"Report" xəbər verir ki, dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini səsləndiriblər: Əlixan Rəcəbov, Nəzakət Məmmədli, Zemfira Abdulsəmədova, Rəhim Rəhimov, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Müşfiq Mirzəzadə, Vüsal Mustafayev, Vagif Aslanov, Vüsal Hacıqədir və Vüqar Hüseynov.

Cizgi filminin rejissoru Din Şidir.

Cizgi filmində Rub adlı uçağan, cırcırama Su Hökmdarı ilə birgə laboratoriyada şüşə bankada yaşayır. Onlar nəyin bahasına olursa olsun sirli ölkə - Qızıl Kanyona səyahət etməyi arzulayırlar. Lakin ora ancaq sehirli nəhəng quşda çatmaq olar. Arzularının yolunda, təhlükəli və maraqlı səyahət zamanı bizim qəhrəmanlar kərtənkələ Ti-Reksə qalib gəlməli, kral arılarının təqibindən qaçmalıdırlar. Və bütün bunlar arzularına görədir!

Son xəbərlər

Orphus sistemi