“CinemaPlus”da “Araxis Yağlı Tərlan” filmi nümayiş olunub - VİDEO

“CinemaPlus”da “Araxis Yağlı Tərlan” filmi nümayiş olunub - VİDEO “28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Yaşıl kitab” filminin yaradıcılarının istehsalı olan, növbəti ekran işi – “Araxis Yağlı Tərlan”ın təqdimatı keçirilib.
İncəsənət
31 Oktyabr , 2019 15:48
“CinemaPlus”da “Araxis Yağlı Tərlan” filmi nümayiş olunub - VİDEO

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Yaşıl kitab” filminin yaradıcılarının istehsalı olan, növbəti ekran işi – “Araxis Yağlı Tərlan”ın təqdimatı keçirilib. 

Kinoteatrdan "Report"a bildirilib ki, bu komediya hər bir tamaşaçının qəlbinə toxunacaq. 

Ekran əsərinin süjet xəttinə görə, möhtəşəm səyahət bir addımla və əfsanəvi uçuşla başlayır. Pəncərədən kənara çıxan qəhrəmanımız özünü bir şeyin əskik olduğu dünyada tapır. Onun yeni dostuna yüksək məbləğdə pul, başkəsənlərə - iki dostun başı, gənc tibb bacısına sevgi, ona isə səyahət, qaçış, alovlanan ocaq və bir az da araxis yağı lazımdır.

Filmi Tayler NilsonMayk Şvarts ekranlaşdırıb. Ekran əsərində aktyorlar Şaya LaBaf, Dakota Conson və Zak Qotsagen rol alıblar. 

Tədbirin təşkilinə “Cinema Distribution”, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər.

Qeyd edək ki, “Araxis Yağlı Tərlan” yalnız “Cinemaplus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi