“CinemaPlus Azerbaijan” kinoteatrında əməkdaşlığa dair memorandum imzalanıb

“CinemaPlus Azerbaijan” kinoteatrında əməkdaşlığa dair memorandum imzalanıb Açılış mərasimindən sonra “Sağlamlıq aləminə səyahət” sənədli filminin təqdimatı baş tutub
İncəsənət
6 İyul , 2017 17:17
“CinemaPlus Azerbaijan” kinoteatrında əməkdaşlığa dair memorandum imzalanıb

Bakı. 6 iyul. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” kinotetarında “Azərbaycan-2017 Heyluntzyan televiziya həftəsi”nin təntənəli açılış mərasimi baş tutub.

"Report"un məlumatına görə, tədbir çərçivəsində Space Müstəqil televiziya kanalı və Heyluntzyan televiziyası arasında əməkdaşlığa dair memorandum imzalama mərasimi olub.

Həmçinin, Heyluntzyan televiziyası, Space Müstəqil televiziya kanalı və Avrasiya Televiziya və radio Akademiya arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanması baş tutub. Memorandumu Space telekanalının rəhbəri Vaqif Mustafayev, Heyluntzyan televiziya və radio yayımının direktor müavini Çjao Hunyan və Avrasiya televiziya və radio akademiyasının prezidenti Valeriy Ruzin imzalayıblar.

Mərasimdə çıxış edən Space telekanalının rəhbəri, Avrasiya televiziya akademiyasının birinci vitse-prezidenti, Azərbaycanın xalq artisti Vaqif Mustafayev Azərbaycan və Çin arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Tədbirdə həmçinin Avrasiya Televiziya və radio Akademiyasının prezidenti Valeriy Ruzin, Heyluntzyan əyalətinin KPK partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdirinin birinci müavini Yan Dyantzyun, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Li Tzinsun, tədbirin fəxri qonağı Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış ediblər.

“Azərbaycan-2017 Heyluntzyan televiziya həftəsi”nin təntənəli açılış mərasimindən sonra “Sağlamlıq aləminə səyahət” sənədli filminin təqdimatı baş tutub.

"CinemaPlus Azerbaijan" kinoteatrının fasadında yerləşən kafe “Jasmin Terrace” tədbirin təşkil olunmasında öz köməkliyini göstərib.

Son xəbərlər

Orphus sistemi