"CinemaPlus Amburan Mall"da "Kilimancara" filminin premyera öncəsi nümayişi keçirilib - FOTO - VİDEO

"CinemaPlus Amburan Mall"da "Kilimancara" filminin premyera öncəsi nümayişi keçirilib - FOTO - VİDEO Bakı. 17 iyul. REPORT.AZ/ CinemaPlus Amburan Mall premium kinoteatrında Kilimancara (Килиманджара) adlı komediya, macəra filminin premyera öncəsi nümayişi keçirilib.
İncəsənət
17 İyul , 2018 21:20
CinemaPlus Amburan Mallda Kilimancara filminin premyera öncəsi nümayişi keçirilib - FOTO - VİDEO

Bakı. 17 iyul. REPORT.AZ/ "CinemaPlus Amburan Mall" premium kinoteatrında "Kilimancara" ("Килиманджара") adlı komediya, macəra filminin premyera öncəsi nümayişi keçirilib.

"Report" xəbər verir ki, təqdimatdan öncə qonaqlara DJ müşayiəti ilə, furşet, alkoqollu və alkoqolsuz içkilər təqdim olunub.

Ekran əsərində baş rolları Pavel Priluçnıy, Maksim Vitorqan, Timofey Tribuncev, İrina Starşenbaum və başqaları oynayıb.

Xronometrajı 80 dəqiqə olan filmin rejissoru Ekaterina Teleqinadır.

Ekran əsərinin süjet xəttinə görə, gəlin toyuna bəy gəlməyəndə onu tapmaq qərarına gəlir. Gözəl Marusya bəyin doğma ölkəsi Azərbaycana sevgilisini tapmaq üçün yola düşür. Bakıda Marusyanın komandası bir sıra sərgüzəştlərlə qarşılaşır.

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi