Yuxarı

​“Çığırtı” və “Qarağac küçəsində dəhşət” qorxu filmlərinin rejissoru vəfat edib

Kreyven dəhşət filmləri janrında klassiklərdən sayılır

Bakı. 31 Avqust. REPORT.AZ/ Məşhur amerikalı aktyor Ues Kreyven bazar günü Los-Ancelesdə 76 yaşında vəfat edib.

“Report” xəbər verir ki, o, ağır beyin xərçəngindən əziyyət çəkirdi.

Kreyven dəhşət filmləri janrının klassiklərindən hesab olunurdu. 1972-ci ildə çəkdiyi “Soldan sonuncu ev” debüt filmi ona şöhrət gətirib. Rejissor dünya şöhrətini isə “Qarağac küçəsində dəhşət” (1984) filmindən sonra qazanıb. O, həmçinin son dövrlərdə çəkilən silsilə “Çığırtı” filmlərinin rejissorudur.

Kreyven öz karyerası ərzində təqribən 30 film ekranlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi