Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası baş tutacaq.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Cəza” tək adamlıq psixoloji oyun dramıdır.
Tamaşada əsas və yeganə rolu əməkdar artist Kəmalə Hüseynova ifa edir. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.
Tamaşa sentyabrın 29-u saat 19:00-da nümayiş olunacaq.