Ceyms Kemeron yeni "Terminator" filminin adını açıqlayıb

Ceyms Kemeron yeni "Terminator" filminin adını açıqlayıb Bakı. 11 fevral. REPORT.AZ/ Terminator haqqında franşizaların ilk hissələrinin müəllifi olan Hollivud rejissoru Ceyms Kemeron, yeni filmin adını açıqlayıb.
İncəsənət
11 Fevral , 2019 08:21
Ceyms Kemeron yeni Terminator filminin adını açıqlayıb

Bakı. 11 fevral. REPORT.AZ/ Terminator haqqında franşizaların ilk hissələrinin müəllifi olan Hollivud rejissoru Ceyms Kemeron, yeni filmin adını açıqlayıb.

"Report" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, "Yahoo" məlumat yayıb.

"Biz onu "Terminator: pis aqibət" adlandırırıq. Bu bizim hazırki iş prosesində qoyduğumuz addır", - deyə rejissor bildirib.

Portalın məlumatına görə, ekran əsərinin süjet xətti "Qiyamət günü" zamanı cərəyan edəcək və "Terminator: maşınların qiyamı" filmindəki hadisələrədək baş verənlərdən bəhs edəcək".

Filmin təqdimatı bu il oktyabrın 31-nə planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi