Yuxarı

Çexovun adını daşıyan Moskva Bədaye Teatrı 117 yaşını qeyd edir

Bu münasibətlə MXAT-da mükafatlandırma mərasimi olacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiya teatr mühitində özünün dəst-xətti ilə seçilən, Çexov adına Moskva Bədaye Teatrı (MXAT) 117 yaşını qeyd edir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu münasibətlə teatrda yubiley tədbiri və mükafatlandırma mərasimi keçiriləcək.

Teatrın bədii rəhbəri, SSRİ xalq artisti Oleq Tabakov MXAT-ın foyesində təşkil edilən sərginin fonunda aktyorlara mükafatlar təqdim edəcək. Mükafat A.P.Çexovun şərəfinə "Qağayı" heykəlciyi olacaq. Bürünc "Qağayı" heykəlciyi MXAT-da 15 çalışana, gümüş heykəlcik 25 il iş təcrübəsi olana, qızıl "Qağayı" heykəlciyi isə teatrda 30 il çalışan aktyorlar və texniki işçilərə təqdim ediləcək. Həmçinin MXAT-ın xüsusi zərgərlik məmulatı teatrda 30 il çalışan sənət adamlarına veriləcək.

Mükafatların qalibləri arasında Rusiyanın xalq artisti, MXAT-a 50 illik yaradıcılıq ömrünü sərf etmiş İrina Miroşniçenko, 45 illik yaradıcılıq təcrübəsi olan, Rusiyanın xalq artisti Vyaçeslav Jolobov, Stanislav Lyubşin və başqalarının adı var.

Qeyd edək ki, MXAT-da "Qağayı" heykəlciyinin təqdim edilmə ənənəsini 1901-ci ildə A.P.Çexov qoyub. Çexov ilk dəfə bu mükafatı "Qağayı" və "Vanya dayı" əsərlərində oynayan aktyorlara təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi