"Çəkməli pişik" Kukla Teatrında oynanılacaq

"Çəkməli pişik" Kukla Teatrında oynanılacaq Balacalar yaxın vaxtlarda tamaşanı seyr edəcəklər
İncəsənət
21 May , 2015 09:54
Çəkməli pişik Kukla Teatrında oynanılacaq

Bakı. 21 may. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqləri başlayıb. "Report" xəbər verir ki, yaxın günlərdə balacaların sevimli nağıl qəhrəmanı “Çəkməli pişik” tam fərqli yozum və səhnələşdirmə ilə təqdim olunacaq. 

Dünya uşaq ədəbiyyatında tanınmış və sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi Şarl Perronun bu məşhur əsərinə teatrın rejissoru Anar Məmmədov quruluş verib. O, tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə əsəri müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini deyib: “Yeni obrazlar tamaşanı daha çox açmağa xidmət edəcək. Çünki əsərdə bir neçə mövzu var və bütün bu mövzuların fonunda yaxşılıq naminə yalan danışmaq əsas yer tutur".

Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli kukla tamaşası mövsümün sonunda balacaların ixtiyarına veriləcək.

Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Səhnə işində əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları oynayacaq. 

Son xəbərlər

Orphus sistemi