Yuxarı

Ceki Çan kinematoqrafiyaya verdiyi mühüm töhfəyə görə fəxri "Oskar" alacaq

Mükafatın təqdimetmə mərasimi Los-Ancelesdə keçiriləcək

Bakı. 02 sentyabr. REPORT.AZ/ Məşhur çinli aktyor Ceki Çan kinematoqrafiyaya verdiyi mühüm töhfəyə görə fəxri "Oskar" alacaq.

"Report" xəbər verir ki, bu barədə Amerikanın Kino Sənəti Akademiyasının məlumatında bildirilir.

Mükafatın təqdimetmə mərasimi noyabrın 12-də Los-Ancelesdə keçiriləcək

Aktyor "Sərxoş usta" (1978-ci il), "Şanxay cəngavərləri" (2003), "Yer ətrafında 80 gün" (2004) və digər bu kimi filmlərdə çəkilib. Şərq əlbəyaxa döyüş ustası olan Ceki Çan dünyanın ən çox qonorar alan aktyorları reytinqində ikinci yerdə (61 mln. dollar) qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi