"Cəfər Cabbarlı mükafatı"nın təqdimatı olacaq

"Cəfər Cabbarlı mükafatı"nın təqdimatı olacaq Təqdimat mərasiminin payızda keçirilməsi nəzərdə tutulub
İncəsənət
28 Avqust , 2015 16:47
Cəfər Cabbarlı mükafatının təqdimatı olacaq

Bakı. 28 avqust. REPORT.AZ/ Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım Birliyi bu ilin sonunadək Cəfər Cabbarlı mükafatının təqdimatını keçirəcək.

Bu barədə "Report"a C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı məlumat verib. Onun sözlərinə görə, mükafatlandırma mərasimi bu ilin sonunadək baş tutacaq. Q.Seyfəddinqızı qeyd edib ki, Bakıda və Xızıda "Cəfər Cabbarlı günləri" də keçiriləcək: "Mükafatların təqdimetmə mərasiminə hazırlıq işlərinə başlamışıq. Hər il olduğu kimi, bu il də Cəfər Cabbarlı mükafatları mədəniyyət, elm və təhsil sahəsində fərqlənən, tanınmış, istedadlı şəxslərə təqdim ediləcək. İlin sonunadək "Cabbarlı günləri"ni də keçirməyi düşünürük. Bakıda və Xızıda təşkil ediləcək tədbirdə ədibin ailə üzvləri, doğmaları, sevənləri, ədəbiyyat və sənət nümayəndələri iştirak edəcək".

Xatırladaq ki, "Cəfər Cabbarlı mükafatı" 2001-ci ildə dramaturqun Ev-Muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin və BP şirkətinin sponsorluğu ilə təsis edilib. İndiyədək bir çox elm, sənət adamları bu mükafata layiq görülüblər.

C.Cabbarlı adına Mükafat Komissiyasının sədri, böyük ədibin qızı Gülarə Cabbarlıdır.  

Son xəbərlər

Orphus sistemi