Bakı. 29 mart. REPORT.AZ/ Aprelin 8-də Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun 75 illik yubileyinə həsr edilən konsert proqramı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası məlumat yayıb.
Filarmoniyanın səhnəsində keçiriləcək konsertdə Canəli Əkbərovun tələbələri, sənət dostları iştirak edəcək, yubilyarın şərəfinə muğam və təsniflər, xalq mahıları səsləndiriləcək.