Cahangir Zeynalovun yubileyi münasibətilə elmi-praktiki konfrans keçiriləcək

Cahangir Zeynalovun yubileyi münasibətilə elmi-praktiki konfrans keçiriləcək Konfrans dekabrın 21-də Teatr Xadimləri İttifaqında olacaq
İncəsənət
9 Dekabr , 2015 14:00
Cahangir Zeynalovun yubileyi münasibətilə elmi-praktiki konfrans keçiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçiriləcək.

"Report" xəbər verir ki, konfransın təşkilatçısı Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. 

Konfransda Cahangir Zeynalovun nəvəsi, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov da iştirak edəcək.

Konfransı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə aparacaq. Elmi-praktiki konfrans teatr xadiminin yubileyi münasibətilə keçiriləcək ilk tədbir olacaq. C.Zeynalovun təntənəli yubiley mərasimi isə dekabrın 23-də Akademik Milli Dram Teatrında qeyd ediləcək. 

Son xəbərlər

Orphus sistemi