Cahangir Zeynalovun 150 illik yubileyi dekabrda keçiriləcək

Cahangir Zeynalovun 150 illik yubileyi dekabrda keçiriləcək Yubiley mərasimi çərçivəsində "Cahangirdən Cahangirə" adlı bədii layihə təqdim ediləcək
İncəsənət
26 Oktyabr , 2015 17:40
Cahangir Zeynalovun 150 illik yubileyi dekabrda keçiriləcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin dekabr ayında Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planına əsasən, yubiley mərasimi çərçivəsində "Cahangirdən Cahangirə" adlı bədii layihə üzərində iş aparılıb.

Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun "Qu quşunun nəğməsi" əsəri əsasında tamaşa hazırlanıb təqdim ediləcək. Səhnə əsərinin baş rolunda Cahangir Novruzov çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi