Cahangir Novruzov Şəki Teatrında mövsümün bağlanışında iştirak edib

Cahangir Novruzov Şəki Teatrında mövsümün bağlanışında iştirak edib Görkəmli sənətkar Şəkiyə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində gəlib
İncəsənət
1 İyul , 2015 20:48
Cahangir Novruzov Şəki Teatrında mövsümün bağlanışında iştirak edib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Şəkidə keçirilən “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Vətənə gəlib.

"Report" xəbər verir ki, iyunun 30-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında mövsümün bağlanışında iştirak edən Cahangir Novruzov doğma teatrının səhnəsində çıxış edib.

Şəki Teatrının ona doğma olduğunu deyən Cahangir Novruzov uzun illər bu teatrda sənət fəaliyyəti ilə məşğul olduğunu və Şəkidə yaşadığı gözəl günlərini, xatirələrini keçmiş sənət dostları ilə bölüşüb.

Cahangir Novruzovun Şəki Teatrındakı çıxışı alqışlarla qarşılanıb. Mövsümün bağlanışı Əhməd Orucoğlunun "Oğru" tamaşası ilə olub.

Cahangir Novruzov Şəki Dövlət Dram Teatrında mövsümün son tamaşasını izləyib.

Xatırladaq ki, Cahangir Novruzov Şəkidən Bakıya döndükdən sonra Akademik Milli Dram Teatrının səhnəsində yeni tamaşanın məşqlərinə başlayacaq. C.Novruzov Bakıda olduğu müddətdə Türkiyəli rejissorlar onun həyat və sənət yaradıcılığı haqqında sənədli film çəkəcək.

Son xəbərlər

Orphus sistemi