Yuxarı

Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi qeyd edilib

Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb

Bakı. 3 may. RERORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi qeyd olunub. 

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Tədbirin aparıcısı Ülviyyə Şahbalayeva məktəbdə muğam sinfinin yaranmasının 30 illiyinin tamam olması barədə məlumat verib və burada müəllim Sabir Abdullayevin böyük əməyinin olduğunu qeyd edib. Bu münasibətlə S.Abdullayev məktəbin Fəxri Fərmanı ilə təltif edilib.

Yubiley muğam sinfinin şagirdlərinin ifasında "Arazbarı" ritmik muğamı, "Qarabağ" şikəstəsi və çeşidli xalq mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi