Yuxarı

“Buzovna kəndinin əhvalatları” tamaşası 50-ci dəfə nümayiş etdirilib

Tamaşa xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilib

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşası nümayiş etdirilib.

"Report" xəbər verir ki, tamaşa 50-ci dəfə oynanılıb.

Qeyd edək ki, tamaşa xalq yazıçısının “Toyuğun diri qalması” hekayəsi və “Dolça” povesti əsasında hazırlanıb.

Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapdığı tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, rejissor assisenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Rolları əməkdar artist Nübar Novruzova, Kübra Dadaşova, Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Sərvər Əliyev, Elşən Çarhanlı, Eşqin Quliyev, Şəbnəm Hüseynova, Anar Seyfullayev, İradə Rəşidova, Roza İbadova, Natiq Fərzəliyev və başqaları ifa edib.Xatırladaq ki, xalq yazıçısı Elçinin "Dolça" povesti əsasında 1985-ci ildə mərhum kinorejissor Tofiq Tağızadə “Bağ mövsümü”, “Toyuğun diri qalması” əsəri əsasında isə 1989-cu ildə Şahmar Ələkbərov “Sahilsiz gecə” filmini lentə alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi