Bütün dövrlərin ən yaxşı filminin adı açıqlanıb

Bütün dövrlərin ən yaxşı filminin adı açıqlanıb "Empire" jurnalının keçirdiyi sorğuda 20 min nəfər iştirak edib
İncəsənət
9 İyun , 2017 13:33
Bütün dövrlərin ən yaxşı filminin adı açıqlanıb

Bakı. 9 iyun. REPORT.AZ/ Kino həvəskarlarının versiyasına görə, bütün dövrlərin ən yaxşı filminin adına aydınlıq gəlib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, "Empire" jurnalının keçirdiyi sorğuda 20 min nəfər iştirak edib.

Respondentlərin əksəriyyəti ən yaxşı film kimi "Xaç atası"nı (1972) seçib.

"Ulduz döyüşü: 5-ci epizod - İmperiya cavab zərbəsi endirir" (1980) filmi ikinci, "Qara cəngavər" (2008) filmi isə üçüncü olub.

İlk onluğa həmçinin "Şuoşenkdən qaçış", "Kriminal qiraət", "Yaxın dostlar", "İndiana Cons: Müqəddəs xəzinə ovçuları", "Çənələr", "Ulduz döyüşləri" (hansı epizod olduğu dəqiq göstərilməyib), "Üzüklər hökmdarı: Üzük qardaşlığı" filmləri daxil edilib.

Son xəbərlər

Orphus sistemi