Firəngiz Əlizadə: "Bu gün gənc bəstəkarlarımız Rusiya, İran, Türkiyə, Almaniya, Avstriya, Amerikada təhsil alır"

Firəngiz Əlizadə: "Bu gün gənc bəstəkarlarımız Rusiya, İran, Türkiyə, Almaniya, Avstriya, Amerikada təhsil alır" "Turan Məmmədli, Ayaz Qəmbərli, Xədicə Zeynalova kimi istedadlı gəncləri nümünə göstərmək olar"
İncəsənət
22 İyun , 2017 17:07
Firəngiz Əlizadə: Bu gün gənc bəstəkarlarımız Rusiya, İran, Türkiyə, Almaniya, Avstriya, Amerikada təhsil alır
Report.az

Bakı. 22 iyun. REPORT.AZ/ "Biz bacardığımız qədər gənc bəstəkarları təbliğ edirik".

Bunu "Report"a açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib.

O, rəhbərlik etdiyi qurumun gənc bəstəkarlarla sıx əlaqələri olduğunu bildirib: "Biz konservatoriyada təhsil alarkən onların konsertlərinə gedirik. Hətta onları hər il keçirilən Gənc Bəstəkarlar Pleniumunda iştiraka dəvət edirik. Bu gün Azərbaycanın gənc bəstəkarları Rusiya, İran, Türkiyə, Almaniya, Avstriya, Amerikada təhsil alır və fəaliyyət göstərirlər. Məsələn, Turan Məmmədli, Ayaz Qəmbərli, Xədicə Zeynalova kimi istedadlı gəncləri nümünə göstərmək olar".

Xalq artisti hazırda gənclər üçün hər şeyin əlçatan olduğunu vurğulayıb: "Biz gənc olanda indiki qədər imkanlarımız olmayıb. Heç kim bizi xaricə göndərmirdi. Hətta bəzi bəstəkarların əsərləri yasaq idi, ancaq biz onları bir yol tapıb öyrənirdik. İndi isə bütün qapılar açıqdır. Gənclər bu bəstəkarların əsərlərini ifa edə də, dinləyə də bilərlər".

Son xəbərlər

Orphus sistemi