Bu gün Bakıda Birinci Latın Amerika Film Festivalı başlayır

Bu gün Bakıda Birinci Latın Amerika Film Festivalı başlayır Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Bakıda Birinci Latın Amerika Film Festivalı başlayır.
İncəsənət
16 Aprel , 2018 17:58
Bu gün Bakıda Birinci Latın Amerika Film Festivalı başlayır

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Bakıda Birinci Latın Amerika Film Festivalı başlayır.

"Report" xəbər verir ki, Festival Azərbaycanda yerləşən Argentina, Braziliya, Kolumbiya, Kosta-Rika, Kuba, Peru və Meksikanın diplomatik nümayəndəliklərinin birgə dəstəyi ilə təşkil olunub.

Açılış Kolumbiya istehsalı olan "La tierra y la sombra" filmi ilə olacaq.

Festivalın məqsədi kinematoqrafiya vasitəsilə bədii dəyərlər və Latın Amerikasını xarakterizə edən mədəni müxtəlifliyi əks etdirməkdir.

Festival çərçivəsində həmçinin "El regreso" (Kosta–Rika), "A dona da história" (Braziliya), "Conducta" (Kuba), "Relatos salvajes" (Argentina), "No se aceptan devoluciones" (Meksika), "Viejos amigos" (Peru) filmləri də nümayiş olunacaq.

Filmlər ispan və portuqal dilində ingilis dilində altyazı ilə nümayiş etdiriləcək. Filmlərə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi