Britaniya kinosunun veteranı vəfat edib

Britaniya kinosunun veteranı vəfat edib Məşhur operator İndiana Cons haqqında çəkdiyi filmlərlə şöhrət qazanıb
İncəsənət
23 Fevral , 2016 10:00
Britaniya kinosunun veteranı vəfat edib

Bakı. 23 fevral. REPORT/AZ/ Britaniya kinosunun veteranı, Britaniya İmperiya ordeninin sahibi, məşhur operator Duqlas Slokom dünyasını dəyişib.

"Report" xəbər verir ki, məşhur kino xadimi 104 yaşında vəfat edib.

O, İndiana Cons haqqında çəkilən silsilə filmlərin operatoru olub.

Duqlas Slokom Britaniya kinosunun ən məşhur simalarından biri olub. Onun operator kimi çəkdiyi filmlər dəfələrlə yüksək mükafatlara layiq görülüb.

İndiana Cons haqqında çəkdiyi silsilə filmlərə görə, Duqlas Slokom 3 dəfə "Oskar" mükafatına layiq görülüb.

2008-ci ildə qocaman kino xadimi Britaniyanın İmperiya Ordeni ilə təltif edilib.



Son xəbərlər

Orphus sistemi