Brestdə Beynəlxalq Teatr Festivalında 17 ölkə təmsil olunacaq

Brestdə Beynəlxalq Teatr Festivalında 17 ölkə təmsil olunacaq Festivalda iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət məktubu gəlib
İncəsənət
17 Avqust , 2016 19:08
Brestdə Beynəlxalq Teatr Festivalında 17 ölkə təmsil olunacaq

Bakı. 17 avqust. REPORT.AZ/ Brest şəhərində sentyabrın 9-dan 16-dək XXI-ci "Belaya Veja" Beynəlxalq Teatr Festivalı keçiriləcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı festivalın rəsmi saytı yayıb.

Bildirilib ki, festivalda 17 ölkədən 27 teatr kollektivi 27 tamaşa ilə çıxış edəcək. Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Teatr Festivalında Azərbaycan,  Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Polşa, Rusiya, Rumıniya, Türkmənistan, Ukrayna, Fransa, Ermənistan və Cexiyadan 27 teatr kollektivi çıxış edəcək.

Tamaşaların nümayişi 8 dildə- rus, belorus, ingilis, azərbaycan, qazax, fransız və erməni dillərində olacaq. Festivalın açılışı Brest Akademik Teatrında baş tutacaq.

Bu ilki festivalda U.Şekspir, N.Qoqol, F. Dostoyevski, A. Çexov, Ç.Aytmatovun əsərləri nümayiş etdiriləcək. XXI-ci "Belaya Veya" Beynəlxalq Teatr Festivalının açılışı M.Qorki adına Rusiya Milli Akademik Teatrı U.Şekspirin "12-ci gecə" tamaşası ilə olacaq.

Rusiyanın F.Dostoyevski adına Akademik Teatrı A.Çexovun "Vanya dayı" tamaşasını göstyərəcək. Festivalın təntənəli bağlanış mərasimi Lenin meydanında, Çexiya Teatrının "Causa Fatalis" tamaşası ilə baş tutacaq.

Xatırladaq ki, ötən il Azərbaycanı "Belaya Veja" Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Gənc Taamaşaçılar Teatrı təmsil edib. Bu ilki festivalda Azərbaycanı təmsil etmək üçün Gənc Tamaşaçılar Teatrına dəvət məktubu gəlib. Teatrın Beynəlxalq Festivalda iştirak etməsi sentyabrın əvvəlində məlum olacaq.

"Belaya Veja" Beynəlxalq Teatr Festivalının rəsmi saytında Azərbaycanın adı və iştirak edəcəyi tamaşanın afişası təqdim edilib. Afişada Azərbaycanı Gənc Tamaşaçılar Teatının "Qoca kloun tələb olunur" tamaşası ilə təmsil edəcəyi göstərilib. Rəsmi dəvət baş tutarsa, Gənc Tamaşaçılar Teatrı sentyabrın 12-də Festivalda çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi