Yuxarı

"Boy çiçəyi" tamaşası yenidən nümayiş etdiriləcək

Uzun fasilədən sonra tamaşaçılar əsərə tamaşa edə biləcəklər

Bakı.12 noyabr.REPORT.AZ/ Azərbaycanın xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və ya boy çiçəyi" pyesi əsasında rejissor, əməkdar incəsənət xadimi Azərpaşa Nemətin quruluş verdiyi tamaşa uzun fasilədən sonra yenidən Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçılara təqdim ediləcək.

Milli Dram Teatrından "Report"a daxil olan xəbərə görə, noyabrın 19-da teatrın səhnəsində "Boy çiçəyi" tamaşasının nümayişi olacaq.

Qeyd edək ki, əsərə rejissor Azərpaşa Nemət 2011-ci ildə quruluş verib. Tamaşa Milli Dram Teatrının repertuarında olan uğurlu tamaşalardan biri sayılır. Əsərin uzun müddət nümayiş edilməməsinin səbəbi tamaşada baş rolu ifa edən əməkdar artist Məsmə Aslanqızının analıq məzuniyyətində olması ilə bağlı idi.

Xatırladaq ki, "Boy çiçəyi" tamaşasında Həsənzadə obrazını xalq artisti Fuad Poladov, Nargilə rolunu isə əməkdar artist Məsmə Aslanqızı ifa edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi