Borçalıda "Vahid Qafqaz" beynəlxalq festivalı keçiriləcək

Borçalıda "Vahid Qafqaz" beynəlxalq festivalı keçiriləcək Festival simvolik olaraq, Azərbaycan, Gürcüstan və Ermənistan sərhədləri yaxınlığında yerləşən Marneulinin Tsearkvi kəndində keçirilir
İncəsənət
23 Avqust , 2016 16:43
Borçalıda Vahid Qafqaz beynəlxalq festivalı keçiriləcək

Bakı. 23 avqust. REPORT.AZ/ Gürcüstanın Borçalı (Kvemo- Kartli) bölgəsində, azərbaycanlıların yaşadığı Marneuli rayonunun Tserakvi kəndində "One Caucasus" ("Vahid Qafqaz") adlı beynəlxalq festival keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, avqustun 25-dən 28-dək davam edəcək tədbir Azərbaycan, Gürcüstan və Ermənistan sərhədləri yaxınlığında yerləşən Marneulinin Tsearkvi kəndində keçirilir.

Təşkilatçılar bu ərazini simvolik olaraq seçiblər. 

Festivalın musqili hissəsində ABŞ-ın "Huntertones" qrupu, Seneqaldan olan ifaçı Pako Sarr, Polşa-Əlcəzair birgə musiqi qrupu olan "Skadyktator" və başqaları çıxış edəcək.

Tədbirə Azərbaycanın "Snails" və "Ahmedowsky Trio" musuqi kollektivləri də qatılacaq. "Ahmedowsky Trio" - Babək Əhmədovski (gitar), Məhəmməd Lətifli (bas-gitara), Xudayat Əhmədovskidən (zərb aləti) ibarətdir.

Festivalın keçirilməsinin maliyyə xərclərini Gürcüstanın Mədəniyyət və Tarixi Abidələri Mühafizə Nazirliyi, Marneuli bələdiyyəsi, ABŞ hökuməti, Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi, Varşava valiliyi, Gürcüstandakı Fransa İnstitutu ödəyir. 

Son xəbərlər

Orphus sistemi