Bolqarıstanda Şəki haqqında broşürlər nəşr edilib

Bolqarıstanda Şəki haqqında broşürlər nəşr edilib Broşürlər və şəkilləri Şəki İcra Hakimiyyəti göndərib
İncəsənət
11 İyul , 2015 15:08
Bolqarıstanda Şəki haqqında broşürlər nəşr edilib

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhəri haqqında bolqar dilində broşürlər nəşr olunub.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. 

Şəki Şəhər İcra Hakimiyyətinin göndərdiyi məlumatlar və şəkillər əsasında hazırlanan nəşrlərdə bölgənin tarixi, Şəki xanlarının sarayı, Aşağı və Yuxarı Karvansaray, Cümə məscidi, Kiş kəndində yerləşən alban məbədi və s. barədə məlumatlar yer alıb.

Broşürlərdə Şəki və Qabrovo arasında əlaqələr barədə də məlumat verilir, 2004-cü ildə bu şəhərlərin qardaşlaşması haqqında birgə bəyannamənin imzalanmasından, qarşılıqlı səfərlərindən bəhs edilir.

Şəkinin təbiətindən, qədim tarixindən, “Şəki” sözünün etimologiyasından, həmçinin Şəki xanlığından söhbət açılır. Şəkinin xalq sənətkarlıq ənənələri, mətbəx və şirniyyatları, burada təşkil edilən beynəlxalq festivallar barədə məlumat verilir.

Qeyd edək ki, broşürlər Bolqarıstanın dövlət və özəl qurumlarına, diplomatik nümayəndəliklərə, eləcə də 30-dan çox kitabxanaya göndərilib.

Son xəbərlər

Orphus sistemi