Bollivudun ulduzu vəfat etdi

Bollivudun ulduzu vəfat etdi Hindistanın tanınmış aktyorlarından İrfan Xan 53 yaşında Mumbay şəhərində vəfat edib.
İncəsənət
29 Aprel , 2020 15:31
Bollivudun ulduzu vəfat etdi

Hindistanın tanınmış aktyorlarından İrfan Xan 53 yaşında Mumbay şəhərində vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir qalın bağırsaq şişindən əziyyət çəkən aktyor 2018-ci ilin mart ayından Londonda müalicə olunurmuş.

O, son aylar yatdığı Mumbaydakı xəstəxanada günorta saatlarında dünyasını dəyişib.

80-dək filmdə çəkilmiş İrfan Xan Bollivudun ənənəvi romantik rollarında çəkilsə də, eyni zamanda Hindistan kinosunun səciyyəvi simalarından olaraq həm də Hollivudun “Pi həyatı”, “Gecəqondu milyonçusu”, “Yura dünyası” kimi məşhur ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb.

Ölkə prezidenti Ram Nat Kovind “Twitter” hesabında mərhumu “nadir istedad və brilyant aktyor” olaraq səciyyələndirib.

Son xəbərlər

Orphus sistemi