Yuxarı

“Bogema" Azərbaycan, Belarus və Ukrayna opera artistlərinin ifasında nümayiş etdiriləcək

Tamaşanın nümayişi yanvarın 16-da olacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Opera və Balet Teatrının mətbuat xidməti yayıb.

Tamaşada azərbaycanlı vokalçılarla yanaşı, onların Ukrayna və Belarusdan olan həmkarları da iştirak edəcək.

Operada Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir belaruslu vokalçı Eduard Martınyuk ifa edəcək.

Tamaşada Azərbaycanın opera artistləri xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcək

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi