Yuxarı

BMT-nin Qlobal Forumu çərçivəsində Musiqili Teatrda 12 tamaşa nümayiş etdiriləcək

Səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim olunacaq

Bakı. 18 aprel. REPORT.AZ/ BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumu çərçivəsində Dövlət Musiqili Teatrında 12 tamaşa nümayiş etdiriləcək. 

Teatrdan "Report"a verilən məlumata görə, aprelin 25-dən 27-dək davam edəcək foruma Dövlət Musiqili Teatrı da yüksək səviyyədə hazırlaşıb, tədbir iştirakçılarının və qonaqların mədəni istirahətlərinin lazimi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələləri həll edib.

Məlumata görə, forumun keçiriləcəyi günlərdə Dövlət Musiqili Teatrında hər gün iki tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrı həmin günlərdə xüsusi repertuarla çıxış etməyə hazırlaşır. Teatrdan bildirilib ki, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Əbdürrəhim Bəy Haqverdiyevin “Kimdir müqəssir?” və başqa səhnə əsərləri ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi