“Bizim Teatr Festivalı - 2” keçiriləcək

“Bizim Teatr Festivalı - 2” keçiriləcək Festival Milli Teatr Gününə həsr edilib
İncəsənət
6 Mart , 2015 15:05
“Bizim Teatr Festivalı - 2” keçiriləcək

Bakı. 6 mart. REPORT.AZ/ Milli Teatr Günü münasibətilə Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Bir teatr, bir festival” layihəsi çərçivəsində “Bizim Teatr Festivalı - 2” festivalı keçiriləcək.

“Report” xəbər verir ki, festivalın 11-14 mart tarixlərində keçirilməsi nəzərdə tutulub.

Aktyor evinin səhnəsində keçirilməsi gözlənilən festivalda Elçin Hüseynbəylinin “Oyun”, Tuncer Cücenoğlunun “Bir yoxsul olsaydım”, Arzu Soltanın “Qucaqla məni” və İntiqam Soltanın “Vətən” tamaşaları nümayiş olunacaq.

Festivalın qonaqları və təşkilatçıları qismində Azərpaşa Nemət, Əli Əmirli, Hacı İsmayılov və İntiqam Soltanın çıxışları olacaq.

Son xəbərlər

Orphus sistemi