"Bizim Teatr Festivalı-2" başa çatıb

"Bizim Teatr Festivalı-2" başa çatıb Festivalın son tamaşası "Vətən" olub
İncəsənət
14 Mart , 2015 17:36
Bizim Teatr Festivalı-2 başa çatıb

Bakı. 14 mart. REPORT.AZ/ Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Bir teatr, bir festival” layihəsi çərçivəsində keçirilən “Bizim Teatr Festivalı - 2” bu gün başa çatıb.

“Report” xəbər verir ki, martın 11-dən start götürən festivalın tamaşaları Teatr Xadimləri İttifaqının “Mustafa Mərdanov səhnəsi”ndə nümayiş edilib.

Festivalın son günü Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət “Bizim Teatr Festivalı - 2” haqqında fikirlərini bölüşüb.

Daha sonra festivalın son tamaşası olan "Vətən" adlı əsər nümayiş edilib.

Tamaşanın rejissoru İntiqam Soltan və Ayşad Məmmədovdur

Rolları Niyaz Qasımov, Cavanşir Məhərrəmov və Rauf Hüseynli ifa edib

Son xəbərlər

Orphus sistemi