"Bizim Kino Günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi başa çatıb

"Bizim Kino Günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi başa çatıb Noyabrın 20-dən başlayan layihə çərçivəsində son illərdə çəkilən Azərbaycan filmləri nümayiş etdirilib
İncəsənət
8 Dekabr , 2015 14:21
Bizim Kino Günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi başa çatıb

Bakı. 8 dekabr. REPORT.AZ/ “Bizim Kino Günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi başa çatıb. 

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Nizami Kino Mərkəzində birgə keçirdiyi layihənin sonuncu günündə "Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası" mövzusu müzakirə olunub. 

Noyabrın 20-dən start götürən layihə çərçivəsində "Axınla aşağı", "Dərs", "Yarımçıq xatirələr" və "Nabat" bədii filmləri nümayiş etdirilib.

Layihənin final mərhələsində rejissor Elçin Musaoğlunun “Nabat” filmi kinoteatrlarda tamaşaçılara təqdim olunub.  

Kino ictimaiyyətinin, filmin yaradıcı heyətinin, media təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmlərin beynəlxalq təqdimatı, Qarabağ həqiqətlərinin kino və sosial şəbəkələr vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılması kimi mövzular müzakirə olub.

Filmin nümayişində Türkiyədən gəlmiş kino xadimləri iştirak edib.

Bakıda qonaq olan, Türkiyənin tanınmış rejissoru Osman Sınav filmin nümayişindən sonra "Nabat" filminin "Azərbaycanfilm" kinostudiyasında keçiriləcək müzakirələrində iştirak edəcəyini deyib.

Xatırladaq ki, “Bizim kino günləri-Audiovizual məkanda peşəkarlıq” layihəsinin sonuncu-dördüncü mərhələsidir.

Layihə çərçivəsində artıq “Audiovizual məkanda ailə-məişət problemləri”, ”Audiovizual məkanda uşaq mövzusu”, “Audiovizual məkanda vətənpərvərlik mövzuları” müzakirə olunub və bu filmlərin Bakının kinoteatrlarında mütəmadi nümayiş etdirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi