​Bişkekdə Azərbaycan musiqisinin mədəniyyəti günü keçiriləcək

​Bişkekdə Azərbaycan musiqisinin mədəniyyəti günü keçiriləcək Tədbirdə yüksək vəzifəli dövlət rəsmiləri iştirak edəcək
İncəsənət
11 Mart , 2015 23:00
​Bişkekdə Azərbaycan musiqisinin mədəniyyəti günü keçiriləcək

Bakı. 11 mart. REPORT.AZ/ “Roza Otunbayevanın Təşəbbüsü” Fondu Azərbaycannın Qırğız Respublikasındakı səfirliyi ilə birgə 2015-ci ilin mart ayının 17-də Bişkek şəhərində, Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasının böyük salonunda “Musiqi – xalqın ürəyidir” adlı Azərbaycan musiqisinə həsr olunan tədbir keçiriləcək.

"Report" Azərbaycanın bu ölkədəki səfirliyinə istinadən xəbər verir ki, tədbirdə Qırğız Prezidenti Aparatının yüksək vəzifəli təmsilçiləri, hökumət üzvləri, Jokorku Keneşin (Parlamentin) deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və Qırğızstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcək.

Tədbir Qırğızstanın dövlət kanalı olan İctimai Televiziya və Radio Verilişləri Korporasiyası (KTRK) tərəfindən birbaşa efirə veriləcək.

Azərbaycanın və Qırğızstanın görkəmli müğənnilərinin, Qırğız Respublikası Opera və Balet Teatrının solistlərinin, Qırğız Respublikasının əməkdar xalq artistlərinin ifası ilə Üzeyir Hacıbəyovun “Arşin mal alan” operettasından duetlər, burda yaşayan azərbaycanlıların “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının, Qırğız-Türk “Manas” Universitetinin “Türk Dünyası Orkestrası”nın repertuarlarında olan Azərbaycan mahnıları ilə zəngin proqram tədbir iştirakçılarına nümayiş olunacaq.

Həmçinin, tədbir zamanı Novruz bayramının Azərbaycanda necə qeyd olunması ilə bağlı tədbir iştirakçılarına səhnələr göstəriləcək və video materiallar təqdim olunacaqdır.

Son xəbərlər

Orphus sistemi