Yuxarı

​Bişkekdə “Azərbaycan musiqisi qonağımızdır” adlı konsert keçirilib

Konsertdə Azərbaycanın opera müğənniləri çıxış ediblər

Bakı. 17 oktyabr. REPORT.AZ/ Müstəqillik Günü ərəfəsində oktyabrın 16-da Azərbaycanın Qırğızıstandakı səfirliyinin dəstəyi yerli “Kurak” və “Simfoniya Ala-Too” ictimai birliklərinin təşkilatçılığı ilə Toktoqul Satılqanov adına Qırğızstan Milli Filarmoniyasında Azərbaycan və Qırğızstan opera müğənnilərinin konserti keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, konsertdə Qırğız Respublikasının hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız iştirak ediblər.

Konsertin dirijorları Cumaxmatov adına Qırğızıstan Dövlət akademik simfonik orkestrinin dirijoru, Qırğızıstanın əməkdar artisti Raxat Osmanaliyev və beynəlxalq müsabiqələr laureatı, M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev olub.

Azərbaycan tərəfdən Opera və Balet Teatrının solistləri, əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev çıxış ediblər.

Qırğızıstanı isə Moldıbayev adına Opera və Balet Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Bakıt Ibıkeev, Daniyar Musayev, Kunduz Karıpaeva, Zaira Raimbekova və başqaları təmsil etmişlər.

Konsertin sonunda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov müğənillərə möhtəşəm konsertə görə təşəkkür edib və onlarla xatirə şəkilləri çəkdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi