Yuxarı

"Bir adət tarixdir" filmi festivalda birinci yerə layiq görülüb

Multikulturalizm qısametrajlı film festivalı başa çatıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Multikulturalizm qısametrajlı film festivalı" başa çatıb. 

Bu barədə "Report"a gənc rejissor Murad Muradov məlumat verib. 

M.Muradovun çəkdiyi "Bir adət tarixdir" qısametrajlı filmi festivalda birinci yerə layiq görülüb. 

Film Balakəndə yaşayan inqiloyların tarixindən, adət-ənənələrindən bəhs edir. "Bir adət tarixdir" qısametrajlı filmi "Multikulturalizm ili" çərçivəsində çəkilən ən yaxşı film hesab edilib.

Festivalda ikinci yerə "Xınalıq" haqqında çəkdiyi filmə görə Günel Sayılova, üçüncü yerə isə Udinlərin keçirdiyi Pasxa bayramı ilə bağlı çəkdiyi filmə görə Elmin Şirinov layiq görülüb. 

Qeyd edək ki, qısametrajlı filmlər festivalı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, "Asan könüllülər təşkilatı" və YUNESKO-nun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi