"Billur sarayda" tamaşası yeni aktyorların iştirakı ilə nümayiş etdiriləcək

"Billur sarayda" tamaşası yeni aktyorların iştirakı ilə nümayiş etdiriləcək Səhnə əsərinə 3 aktyor cəlb olunub
İncəsənət
14 İyun , 2015 10:50
Billur sarayda tamaşası yeni aktyorların iştirakı ilə nümayiş etdiriləcək

Bakı. 14 iyun. REPORT.AZ/ İlk Avropa Oyunlarının 3-cü günü Səməd Vurğun adına Rus Dram Teatrı İlyas Əfəndiyevin "Billur sarayda" tamaşasını təqdim edəcək. "Report" xəbər verir ki, tamaşaya 3 yeni aktyor cəlb olunub. 

Rus Dram Teatrının gənc aktyorları Oleq Əmirbəyov, Teymur Rəhimov və akrtisa Natəvan Hacıyeva tamaşada ilk dəfə oynayacaq. 

Səhnə əsəri iyunun 14-də və 25-də tamaşaçılara təqdim ediləcək.

"Billur sarayda" tamaşasının rejissoru teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski, bəstəkarı əməkdar incəsənət xadimi Vaqif Gərayzadədir.

Rolları xalq artisti Fuad Poladov, əməkdar artistlərdən Natalya Şarovskaya, Fuad Osmanov, Natalya Baliyeva və başqaları ifa edir.

Qeyd edək ki, tamaşalar ingilis dilində subtitrlərlə təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi