Yuxarı
    Bağlamaq

    Bilik Fondunda “Yarımçıq xatirələr” filmi nümayiş olunacaq

    Ekran əsərinin çəkilişləri Belarusda və Azərbaycanda aparılıb

    Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filmi nümayiş olunacaq.

    "Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə baş tutacaq nümayiş yanvarın 24-də Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçiriləcək.

    “Yarımçıq xatirələr” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Çəkilişləri Belarusda və Azərbaycanda aparılan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.

    Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranskiy və Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

    Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, İvan Matskeviç, Şamil Süleymanlı və digərləri canlandırırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi