Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüş keçirilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüş keçirilib Görüşdə Azərbaycan-Türkiyə dostluğu çərçivəsində görülən işlərdən danışılıb
İncəsənət
5 İyul , 2017 16:48
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüş keçirilib

Bakı. 5 iyul. REPORT.AZ/ Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun Prezidenti Günay Əfəndiyeva Türk Dünyası Qazetəcilər Federasiyasının genel başqanı Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin nümayəndələri ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə D.Menderes Türk Dünyası Qazetəcilər Federasiyasının fəaliyyətindən, eləcə də Azərbaycan-Türkiyə dostluğu çərçivəsində görülən işlərdən söz açıb. D.Menderes eyni zamanda, Türk dünyası ilə bağlı Federasiya tərəfindən planlaşdırılmış tədbirləri, o cümlədən Amasya Universitetinin də dəstəyilə “Türk Dünyası Sənədli Film Festivalı”, “Qorqud Ata Aşıqlar Karvanı” layihələri barədə məlumat verib, onların reallaşdırılmasının əhəmiyyətindən bəhs edib.

G.Əfəndiyeva belə layihələrin ümumtürk mədəni irsinin mühafizəsi, təşviqi və dünyaya tanıdılması və bütövlükdə Türk dünyasının birliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Fondun Federasiya ilə əməkdaşlığa dair dəstəyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi