Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gələcək

Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gələcək Konfransa 40-dək ölkədən 150-yə yaxın nümayəndənin qatılacağı gözlənilir
İncəsənət
7 Oktyabr , 2016 18:13
Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gələcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Nazirlikdən “Report”a verilən məlumata görə, noyabrın 7-8-də baş tutacaq konfransa 40-dək ölkədən 150-yə yaxın nümayəndə, o cümlədən beynəlxalq teatr qurumlarının rəhbər və təmsilçilərinin qatılacağı gözlənilir.

Konfransın iştirakçıları arasında Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem-Cons (ABŞ), Beynəlxalq Teatr İnstitutunun prezidenti Məhəmməd Ələfxam (Birləşmiş Ərəb Əmirlikləri), Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni (İsveçrə), institutun Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Musiqili Teatrlar Birliyinin baş katibi Natalya Zıkova (Rusiya), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya) və başqa teatr qurumlarının, müxtəlif ölkələrin aparıcı teatrlarının rəhbərləri, tanınmış teatrşünaslar yer alacaq.

Son xəbərlər

Orphus sistemi