Yuxarı

Beynəlxalq Muzeylər Günündə Teatr Muzeyində sərgi keçiriləcək

Sərgidə görkəmli teatr rəssamlarının müxtəlif tamaşalara çəkdikləri geyim və dekorasiya eskizləri sərgilənəcək

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Muzeylər Günüdür.

1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının XI konfransında təsis olunmuş bu peşə günü 1978-ci ildən etibarən vahid deviz altında 150-dən çox ölkədə keçirilir. Bu münasibətlə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində maraqlı sərgi keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Dövlət Teatr Muzeyindən məlumat verilib.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçiriləcək tədbirlərə qoşularaq bu gün teatr rəssamlarının fondda qorunan əsərlərindən ibarət sərgi təşkil edəcək.

Sərgidə Əzim Əzimzadə, Kazım Kazımzadə, İzzət Seyidova, Mikayıl Abdullayev, İsmayıl Axundov, Ənvər Almaszadə, Fyodor Qusak, İsmayıl Məmmədov, Nazim Bəykişiyev kimi rəssamların müxtəlif tamaşalara çəkdikləri geyim və dekorasiya eskizləri sərgilənəcək.

Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, mayın 18-22-də muzeydə “Açıq qapı” günü elan olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi