Beynəlxalq Musiqi Festivalının açılışı Heydər Əliyev Sarayında olacaq

Beynəlxalq Musiqi Festivalının açılışı Heydər Əliyev Sarayında olacaq Yubiley gecəsində Azərbaycanın görkəmli musiqi kollektivləri iştirak edəcək
İncəsənət
10 Sentyabr , 2015 19:43
Beynəlxalq Musiqi Festivalının açılışı Heydər Əliyev Sarayında olacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun və Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, VII Beynəlxalq Musiqi Festivalının açılışı sentyabrın 18-də Heydər Əliyev Sarayında baş tutacaq.

Yubiley gecəsində Ü.Hacıbəyli adına Dövlət Simfonik orkestri-bədii rəhbər və baş dirijor Rauf Abdullayev, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası, solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Musiqili Teatrı çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi