Yuxarı

Beynəlxalq Muğam Mərkəzində "Bülbülsayağı" layihəsinin təqdimatı keçiriləcək

Layihə dahi Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyinə həsr olunub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində "Bülbülsayağı" musiqi layihəsinin təqdimatı olacaq. 

Bu barədə "Report"a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Sentyabrın 24-də təqdim olunacaq layihə çərçivəsində istedadlı vokal ifaçısı Anar Şuşalının ifasında klassik musiqi əsərləri səslənəcək.  

Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, "Bülbülsayağı" musiqi layihəsi dahi Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyinə həsr olunub: "Sentyabrın 18-dən 28-dək Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyi ilə bağlı keçiriləcək musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində silsilə konsert proqramları təşkil ediləcək.

Sentyabrın 17-dən başlanan konsert proqramında ilk olaraq Bülbül adına Orta İxtisas Musiqi Məktəbi çıxış edəcək. Sentyabrın 21-də Rusiyadan gəlmiş nəfəs alətləri kvinteti, sentyabrın 23-də Estoniyadan gəlmiş musiqiçi, Coametsin ifasında fortepiano konserti nümayiş etdiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi