Yuxarı

Azərbaycanda "Beynəlxalq Koroğlu Festivalı" keçiriləcək

Festivalda Azərbaycan da daxil olmaqla, türk dilində çalıb, oxuyan aşıqlar iştirak edəcəklər

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda "Beynəlxalq Koroğlu Festivalı" keçiriləcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş sədri Məhərrəm Qasımlı deyib.

O bildirib ki, festivalda Azərbaycan da daxil olmaqla, Cənubi Azərbaycan aşıqları, həmçinin Türkiyə, Türkmənistan, türkdilli respublikaların aşıqları iştirak edə biləcəklər.

Məhərrəm Qasımlı ilin sonunadək Aşıqlar Birliyinin qurultayının keçiriləcəyini də deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi