Beynəlxalq Əlillər Gününə həsr edilən konsert proqramı keçiriləcək

Beynəlxalq Əlillər Gününə həsr edilən konsert proqramı keçiriləcək Konsert proqramı Heydər Əliyev Sarayında olacaq
İncəsənət
25 Noyabr , 2015 20:41
Beynəlxalq Əlillər Gününə həsr edilən konsert proqramı keçiriləcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Dekabrın 3-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş konsert keçiriləcək.

"Report" xəbər verir ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Konsertdə xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Səlim Abbasov (skripka), müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev, Elcan Rzayev, Kəmalə Nəsibova və fiziki qüsurlu istedadlı ifaçılar Murad Sadıq, Minayə Şirinova, Polad Həsənov, Kifayət Mikyılova, Vüsalə Əliyeva, Xatirə Hacıyevə, Məhəmməd Abışov, Rövşən Manafov, Ağaməli Niftəlizadə, Gülnaz Talıbova iştirak edəcək və sevilən ifalarını səsləndirəcəklər.

Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nü əlilliyi olan insanların beynəlxalq günü kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. Beynəlxalq Əlillər Gününün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır

Son xəbərlər

Orphus sistemi