Yuxarı

Bəxtiyar Xanızadə: "Hamlet"in pantomim versiyasını hazırlayıram"

Pantomima Teatrında Hamletin iki versiyasının üzərində iş gedirdi

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrı yeni teatr mövsümündə Uilyam Şeksprin "Hamlet" faciəsi əsasında pantomim tamaşa hazırlayacaq.

Bu barədə "Report"a teatrın yaradıcısı və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə məlumat verib.

B.Xanızadə yeni tamaşanın 2015-ci ilin ikinci yarısında hazırlanacağını deyib.

"Şeksprin "Hamlet" faciəsi ötən mövsümün son premyerası oldu. Yeni mövsümə bu əsərlə başlayacağıq. Pantomima Teatrında "Hamlet"in iki versiyasının üzərində iş gedirdi. İlk olaraq sözlü variantda hazırlanan "Hamlet"i tamaşaçıların ixtiyarına verdik. Növbədə "Hamlet" faciəsinin pantomim variantıdır. 2015-ci ilin ikinci yarısında pantomim versiyada hazırlanan "Hamlet"i teatrsevərlərə təqdim etməyi düşünürəm".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi