"Betmen" rolunu canlandıran aktyor vəfat edib

"Betmen" rolunu canlandıran aktyor vəfat edib Adam Uest leykemiya xəstəliyindən ölüb
İncəsənət
11 İyun , 2017 14:44
Betmen rolunu canlandıran aktyor vəfat edib
Foto: Mike Coppola/Getty Images

Bakı. 11 iyun. REPORT.AZ/ Amerikalı aktyor Adam Uest 88 yaşında Los-Ancelesdə (Kaliforniya ştatı) dünyasını dəyişib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Facebook" sosial şəbəkəsində onun ailə üzvləri məlumat verib.

Aktyorun leykemiya xəstəliyindən əziyyət çəkdiyi qeyd olunur.

Adam Uest aktyorluq karyerası ərzində 50 filmdə, həmçinin onlarla televiziya serialında çəkilib. Onun ən uğurlu rolu isə eyniadlı televiziya serialında canlandırdığı "Betmen" obrazı olub. Film Birləşmiş Ştatlarda 1966-1968-ci illərdə nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi