Bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub

Bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub Layihə çərçivəsində 20 gənc seçiləcək və bəstəkarların yeni əsərləri televiziya və radio vasitəsilə təbliğ olunacaq
İncəsənət
4 Avqust , 2017 11:10
Bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan bəstəkarları arasında estrada janrında mahnı müsabiqəsi elan olunub.

"Report"un məlumatına görə, müsabiqə "Mədəniyyət" televiziyasının, "Azərbaycan" radiosunun təşkilatçılığı ilə keçiriləcək.

"Mədəniyyət" kanalının direktoru Ramil Qasımovun sözlərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd müasir estrada mahnılarının yaranmasına kömək etmək, eyni zamanda müasir bəstəkarlar tərəfindən yazılan mahnıları üzə çıxarmaq, istedadlı gənclərə dəstək olmaqdır.

Müsabiqə həmçinin ölkənin müasir iqtisadi-mədəni inkişafının mədəni müstəvidə işıqlandırılmasını təmin edəcək, eyni zamanda yüksək səviyyəli mədəniyyət nümunələri geniş tamaşaçı kütlələri arasında təbliğ olunacaq.
Layihə çərçivəsində 20 gənc seçiləcək və bəstəkarların yeni əsərləri televiziya və radio vasitəsilə təbliğ olunacaq. Bəstəkarlar arasında keçirilən estrada mahnılarından ibarət müsabiqədə 20 nümunəvi mahnı seçiləcək, daha sonra "Odlar ölkəsi" adlı layihəyə start veriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər estrada janrında olan əsərlərin notunu və elektron formada müğənninin ifasını avqust ayının 25-dək [email protected] ünvanına göndərməlidirlər.

Son xəbərlər

Orphus sistemi