Yuxarı

Bəstəkar Tahir Əkbərin yaradıcılıq gecəsi keçiriləcək

Tədbir aprelin 18-də Mahnı Teatrında olacaq

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın tanınmış bəstəkarı, populyar mahnıların müəllifi Tahir Əkbərin yaradıcılıq gecəsi keçiriləcək. Bu barədə "Report"a Rəşid Behbudov adına Dövlət Mahnı Teatrından məlumat verilib.

Yaradıcılıq gecəsi aprelin 18-də Mahnı Teatrının səhnəsində olacaq. Tədbirdə Tahir Əkbərin mahnıları səslənəcək, sənət dostları onun haqqında fikirlərini söyləyəcək.

Qeyd edək ki, bu il Tahir Əkbərin 70 yaşı tamam olub. Bəstəkarın bəstələdiyi onlarla mahnını, o cümlədən, “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnıları görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər ifa edib.

Tahir Əkbərin bəstələdiyi “Amin“ mahnısı müğənni Brilliant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi