Yuxarı
    Bağlamaq

    Bəstəkar Musa Mirzəyevin xatirəsi yad ediləcək

    Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, mərhum bəstəkar Musa Mirzəyevin xatirəsi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniy...

    Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, mərhum bəstəkar Musa Mirzəyevin xatirəsi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yad ediləcək.

    "Report" xəbər verir ki, bu barədə xəbəri Azərbaycan Dövlət Filarmoniyası yayıb.

    Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin ifasında Musa Mirzəyevin simfonik əsərləri səsləndiriləcək.

    Orkestrin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir.

    Xatırladaq ki, M.Mirzəyev yanvarın 29-da vəfat edib.

    M.Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.

    M.Mirzəyev Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü olub.

    Musa Mirzəyev Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə görə, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi