Yuxarı

Bəstəkar Cahangir Qarayevin əsəri ilk dəfə Qəbələdə səsləndiriləcək

Fərhad Bədəlbəyli: Bu yaxınlarda bəstəkar Cahangir Qarayevin əsərinin əlyazmasını tapmışıq

Bakı. 29 iyul. REPORT.AZ/ Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Bu sözləri festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

"Report" xəbər verir ki, bu barədə açıqlamanı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Fərhad Bədəlbəyli Heydər Əliyev Fondunun mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olduğunu qeyd edərək deyib: "Biz bu il Üzeyir Hacıbəylinin 130 illik yubileyini qeyd edirik. Bu festival çərçivəsində dahi bəstəkarın əsərləri səsləndiriləcək. Bu yaxınlarda bəstəkar Cahangir Qarayevin əsərinin əlyazmasını tapmışıq. İlk dəfə həmin əsər bu festivalda səsləndiriləcək. Bu festival həm də dünyada nadir hallarda keçirilən musiqi tədbirlərindən biridir ki, burada konsertləri tamaşaçılar bilet almadan pulsuz izləyə bilirlər. Bu tədbir kommersiya xarakteri daşımır. Qəbələ festivalı klassik musiqinin təbliği, maarifçilik məqsədilə keçirilir. Ümid edirəm ki, bu festivalın uğurları daha böyük olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi