Yuxarı

Berlin kinofestivalının “Qızıl ayı” mükafatını qaçqınlar haqqında film qazanıb

Ekran əsəri İtaliyanın Lampeduza adasındakı həyat tərzindən bəhs edir

Bakı. 20 fevral. REPORT.AZ/ İtaliyalı rejissor Canfranko Rozinin ekranlaşdırdığı “Fuocoammare” sənədli filmi (“Dənizdə atəş”) 66-cı Berlin kinofestivalının “Qızıl ayı” mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə mükafatın rəsmi “twitter” səhifəsində məlumat verilib.

Film 2000-ci illərin əvvəllərindən Avropa ölkələrinə gedən qaçqınlar gəlməyə başladığı İtaliyanın Aralıq dənizində yerləşən Lampeduza adasındakı həyat tərzindən bəhs edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi